BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman El Tarabişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyəti Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabeın 19-da KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqinə dair fikir mübadiləsi aparılıb.