Press "Enter" to skip to content

Dövlət qurumları arasında minifutbol turniri

Son yeniləmə: 19 Noyabr 2022 16:21

BAYRAQDAR MEDİA – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir: “Dövlət qurumlarının 50-dən çox komandasının iştirakı ilə keçirilən turnirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) komandası da iştirak edir. Noyabrın 18-də turnirin açılış mərasimi keçirilib”.

Sonra KOBİA və Dövlət Neft Şirkətinin (SOCAR) komandaları arasında turnirin ilk oyunu təşkil olunub. Oyunda KOBİA-nın komandası 1:0 hesabı ilə qalib gəlib.

Mission News Theme by Compete Themes.