Son yeniləmə: 19 Noyabr 2022 17:08
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Əməkdar artist Aybəniz Haşımova ilə görüş təşkil olunub.
Bu barədə Baş İdarədən bildirilib.
Qeyd edilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Sonra “Bülbüllər” qrupunun yaradıcısı Aybəniz Haşımovanın sənət yolundan və Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edilib. Alqışlarla səhnəyə dəvət edilən sevilən sənətkar isə öz növbəsində tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib”.
Məlumata əsasən, tanınmış müğənni, pedaqoq Aybəniz Haşımovanın və Sənət Akademiyasının tələbələrinin çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb: “Onlar milli musiqimiz, Azərbaycan bəstəkarlarının bir-birindən gözəl əsərlərini məharətlə ifa ediblər”.