Press "Enter" to skip to content

Yunanıstanın antitürk siyasəti davam edir

Panthrakikos futbol komandasının forması

Son yeniləmə: 18 Noyabr 2022 12:08

BAYRAQDAR MEDİA – Yunanıstanı Batı Trakya türklərinə qarşı təzyiqləri davam edir. Bu dəfə isə futbolu da siyasətə qatırlar.

Məlumata görə, bir futbol komandasının formasının sponsorluğuna qarşı çıxdıqları kimi, baş konsul Murat Ömeroğlunun da  “persona non qrata” elan olunmasını istəyirlər.

Sədri Serezli Kiriakos Velopulos olan “Yunan Həlli” (Elliniki Lisi) Partiyasının Saloniki millət vəkili Konstantinos Hitas Gümülcinedəki Panthrakikos futbol komandasının “Türkiyə təsiri” altında olduğunu bildirib və mövzu ilə bağlı parlamentə sual təqdim edib.

Görünən odur ki, Batı Trakyada türk iş adamlarının idmana sponsorluğu artıq dözülməzdir və bölgədəki hər yaxşı inkişafın altında bir təhlükə axtarılır.

Mission News Theme by Compete Themes.