Press "Enter" to skip to content

TİKA-dan Kosovaya təhsil dəstəyi

Son yeniləmə: 18 Noyabr 2022 13:30

BAYRAQDAR MEDİA – Kosovanın şərqində Gilan Bələdiyyəsinin Dobruçan kəndində yerləşən Nazım Hikmət İbtidai məktəbinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) töhfələri ilə təchiz edilmiş kitabxanasının açılışı olub.

Bununla bağlı məlumatda deyilir ki, kitabxananın açılış mərasimində Kosovo Regional İnkişaf naziri və Kosovo Demokratik Türk Partiyasının (KDTP) sədri Fikrim Damka, Türkiyənin Priştinadakı səfiri Çağrı Sakar, TİKA-nın Kosovo koordinatoru Cihan Dinçer, KDTP-nin müavini Enis Kervan, Gilan bələdiyyə sədri Alban Hyseni, müəllimlər və tələbələr iştirak ediblər.

Nazir F.Damka mərasimdəki çıxışında bildirib ki, uşaqları daha çox kitab oxumağa həvəsləndirmək hər kəsin borcudur. Nazım Hikmət İbtidai məktəbinin qarşıdakı dövrdə Türkiyə Cümhuriyyəti tərəfindən dəstəklənəcəyini bildirən FDamka daha sonra deyib:“Türkiyə Cümhuriyyəti yeni bir layihə ilə Kosova xalqının yanında olduğunu göstərir. 2000-ci ildən bəri Kosovanın müxtəlif sahələrində təhsilə verdiyi dəstəyə görə TİKA-ya Kosova hökuməti adından təşəkkür edirəm. Bu cür layihələr gələcəyimiz və gələcəyimiz olan uşaqlarımıza, təhsilimizə böyük dəstəkdir”.

 

Mission News Theme by Compete Themes.