BAYRAQDAR MEDİA – Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Hamı işini görsün” layihəsi çərçivəsində “QHT-lərin KİV və sosial şəbəkələrdə işləmək bacarıqlarının artırılması” adlı kitab nəşr etdirib.
Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 18-d sözügedən Mərkəzdən veriblər.
“Kitabda QHT-lərin media ilə əlaqələri və sosial mediadan istifadə zamanı qarşılaşdıqları problemlərlə bağlı Mərkəzin həyata keçirdiyi araşdırmanın nəticələri, QHT-lərin kommunikasiya strategiyaları və kommunikasiya kanalları, hədəf kütlələrinin müəyyənləşdirilməsi metodları, sosial şəbəkələrdə səmərəli fəaliyyətin yolları və s. bu kimi məsələlər öz əksini tapıb”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, “kitabın müəllifi, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Paris) Ekspertlər Şurasının üzvü Vəli Əlibəyovdur”.