Son yeniləmə: 18 Noyabr 2022 14:32
BAYRAQDAR MEDİA – 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 18-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər: “Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir”.