BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Varlıq Fondunun rəhbəri Arda Ermut ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 18-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə KOB subyektlərinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılması, eləcə də potensial investisiya layihələrinin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.