Son yeniləmə: 18 Noyabr 2022 16:34
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialında 17 Noyabr – Milli Dirçəliş Gününə həsr edilmiş “Müstəqil Azərbaycan” adlı tədbir keçirilib.
Baş İdarədən bildirilib ki, filialın müdiri Aynur Babayeva tədbir haqqında ümumi məlumat verərək, 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olduğunu deyib.
Məlumata əsasən, filialın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova kitabxananın oxucularına o təlatümlü günlərdə baş verən hadisələrdən ətraflı söhbət açıb: “Bildirib ki, tarixin o günlərində mübariz xalqımız susmadı, xalq içərisində yaşanan gərginliklərlə yanaşı, iradəsini qətiyyətini qorudu. Müstəqilliyə gedən yol ağır, 20 Yanvar faciəsindən keçsə də, artıq oyanmış millət öz müstəqilliyini qazandı”.