Press "Enter" to skip to content

Belqradda bərpa olunan enerji zirvəsi

Belqrad görüşündən xatirə fotosu

Son yeniləmə: 18 Noyabr 2022 12:49

BAYRAQDAR MEDİA – Serbiyanın paytaxtı Belqrad “Açıq Balkan” liderlərinin qatıldığı enerji böhranı və bərpa olunan enerji investisiya toplantısına ev sahibliyi edib.

Bununla bağlı məlumatda deyilir ki, Serbiya Prezidenti Aleksandr Vuçiçin ev sahibliyi etdiyi Norveç-Qərbi Balkan biznes konfransında Albaniyanın baş naziri Edi Rama, Quzey Makedoniyanın baş naziri Dimitar Kovaçevski, Monteneqronun baş naziri Dritan Abazoviç və Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Zoran Tegeltija iştirak edib.

Məlumata əsasən, görüşdən sonra A.Vuçiç bildirib ki, ölkələr regional ortaq bazar yaratmağa doğru irəliləyir və gələcəyi yalnız birgə hərəkət etməklə təmin etmək olar: “ “Bəzilərimizin qışda, bəzilərimizin yayda artıq elektrik enerjisi var. Bəzilərimizin kifayət qədər təbii qaz tutumumuz olduğu halda, bəzilərimiz sadəcə təbii qaz kəməri çəkirik. Biz bir-birimizə kömək etməyə çalışırıq, çünki hamının hər şeyə sahib olmaq imkanı yoxdur”.

İclasda norveçli investorlarla görüşdüklərini ifadə edən A.Vuçiç Serbiyanın investisiyalar üçün enerji sahəsində böyük və çətin islahatlar gözlədiyini bildirib.

 

Mission News Theme by Compete Themes.