Press "Enter" to skip to content

Bayraktardan sonra Kirpi

Kirpi MRAP ZPT zirehli avtomobili

Son yeniləmə: 18 Noyabr 2022 13:30

BAYRAQDAR MEDİA – Rusiyanın hücumları davam edərkən Türkiyənin Ukraynaya verdiyi Türkiyə istehsalı olan zirehli avtomobil Kirpi MRAP ZPT (minaya davamlı pusquya qarşı qorunan zirehli personal daşıyıcısı) cəbhədə istifadə olunmağa başlanıb.

Bununla bağlı məlumatda Ukrayna əsgərlərinin hazırda 50 Kirpidən istifadə etdiyi bildirilərkən, “Zirehli maşın qarşıdurmalarda özünü çox yaxşı göstərdi. Hətta tankların hücumlarına da tab gətirdi”, – deyə qeyd edilib.

Avtomobilin faydalı olduğunu bildirən Ukrayna cəbhəsi hazırda 50 zirehli texnikanın istifadə edildiyini qeyd edib. Türkiyənin tezliklə daha 150 Kirpi tədarük edəcəyi gözlənilir.

Ukrayna Türkiyənin hər platformada Bayraktar TB2 İHA və SİHA tədarükündən məmnunluğunu ifadə edir. Müharibədən əvvəl göndərilən TB2-lər Rusiyanın hücumlarına qarşı güclü müdafiə edir.

Mission News Theme by Compete Themes.