Son yeniləmə: 17 Noyabr 2022 14:07
BAYRAQDAR MEDİA – 2022-ci ilin oktyabr ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barrel olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 17-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hasil olunan neftin 547,2 min barrelini xam neft, 116,6 min barrelini isə kondensat təşkil edib: “Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulurdu”.