Son yeniləmə: 17 Noyabr 2022 10:01
Baş Prokurorluğun təşkilatçılığı ilə Qubada bu mövzuda konfrans keçirilib
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, aşkarlıq və şəffaflığın təmin olunması, qərarların qəbulu zamanı vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə mövcud münasibətlərin inkişaf etdirilməsinə yönələn kompleks islahatlar həyata keçirilməkdədir.
Bu barədə noyabrın 16-da Qubada keçirilən tədbirə bildirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, silsilə tədbirlərin davamı olaraq, noyabrın 16-da Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon və Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul prokurorluq əməkdaşlarının iştirakı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” adlı növbəti işgüzar konfrans təşkil edilib: “Konfransda məhkəmə, hüquq-mühafizə, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar”.
Məlumata görə, Dövlət himni səsləndirildikdən sonra Vətən uğurunda canlarından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, yaralılara Allahdan şəfa dilənib.
Tədbirdə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev açılış nitqi ilə çıxış edib. O, ən cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlərdən söz açıb.
Vurğulanıb ki, konfrans zamanı çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mötəbər tədbirin Quba şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edib: “Quba rayon prokuroru Namiq Muradov təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edərək media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsi məqsədilə görülən işlərdən danışıb”.
Tədbirdə həmçinin Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov da çıxış edib: “K.Zeynalov prokurorluq orqanlarının media siyasətində aşkarlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini rəhbər tutduğunu, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib”. Tədbir zamanı, həmçinin, dövlət qurumlarının sözçüləri, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlar edib, birgə əməkdaşlığın perpektivləri barədə təkliflər səsləndirilib: “Konfransın gedişatında iştirakçılara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva “Aktual kibertəhdidlər və mühüm kibergigiyena qaydaları” mövzusunda təlim keçilib. Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı filmə baxıb. Sonda xatirə şəkli çəkdirilib”.