Press "Enter" to skip to content

Fransa təcavüzkarın yanında olduğunu bir daha sübut etdi

Seymur Verdizadə

Son yeniləmə: 17 Noyabr 2022 12:27

Seymur Verdizadə: Bundan sonra Fransanın haqq və ədalətdən danışmağa mənəvi haqqı yoxdur

BAYRAQDAR MEDİA – “Azərbaycanın 44 günlük Vətən müahribəsindəki qələbəsi regionda yeni reallıqlar yaradıb. Bu gün istər Ermənistan, istərsə də onun xaricdəki dəstəkçiləri bu reallığı qəbul etməldirilər. Çünki nəinki regionun gələcək inkişafı, eyni zamanda Ermənistanın bir dövlət kimi mövcudluğu da bundan aslıdır”.

Bunu Fransa Senatının məlum bədnam qətnaməsini dəyərləndirən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

BAYRAQDAR MEDİA-ya açıqlamasında o, qeyd edib ki, hələlik biz bunun əksini müşahidə edirik. Belə ki, Fransa, İran kimi dövlətlərin timsalında kənardan edilən təsirlər nəticəsində Ermənistan sülh yox, müharibə əhval-ruhiyyəsi sərgiləyir.

Fransa Senatının son qətnaməsini də bu kontekstdən dəyərləndirən S.Verdizadə sözügedən ölkənin bu addımını insan hüquq və azadlıqlarına hörmətsizliyin, Azərbaycana münasibətdə ikili standartların açıq formada təzahürü kimi dəyərləndirib: “Bu qərardan sonra Fransanın hüquq və azadlıqlardan danışmağa, haqq və ədalətdən dəm vurmağa mənəvi haqqı yoxdur. Fransa bu addımı ilə təcavüzkarın yanında olduğunu bir daha sübut etdi”.

O, deyib ki, məlum qərardan sonra Fransanın Qarabağ münaqişəsilə bağlı danışıqlarda iştirak etməsi mümkün deyil: “Hesab edirəm ki, Fransa danışıqlar masasından qovulmalıdır. Bununla bağlı bir jurnalist, bir QHT rəhbəri olaraq Azərbaycan hakimiyyətinə müraciət edirəm. Mənim kimi düşünənlərin sayının milyonlarla olduğunu nəzərə alıb, bu barədə qərar qəbul etmək lazımdır”.

Mission News Theme by Compete Themes.