BAYRAQDAR MEDİA – Noyabrın 17-si saat 11:00-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilib.