Press "Enter" to skip to content

Elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub

Son yeniləmə: 17 Noyabr 2022 15:02

BAYRAQDAR MEDİA – “Noyabrın 17-də səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunub. Səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki. nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib: “Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib. Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecik mələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib.

Yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparılır”.

Mission News Theme by Compete Themes.