Son yeniləmə: 17 Noyabr 2022 14:25
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 17-də qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq, elektron idarəetmə, kargüzarlığın təşkili, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.
Məlumata əsasən, tlimlərin ilk günündə BŞTİ-nin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin (TDM) direktor müavini Zaur Balaqadaşov, TDM-in metodistləri Çinarə Cəbrayılova və İlahə Həmidova təqdimatlarla çıxış ediblər.
Daha sonra müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.