Press "Enter" to skip to content

Bosniya və Herseqovinada yeni dönəm

BAYRAQDAR MEDİABosniya və Herseqovina Prezident Şurasının yeni üzvləri öz vəzifələrini icra etməyə başlayıblar. Bununla bağlı andiçmə mərasimi keçirilib.

Bu barədə verilən məlumatda deyilir ki, oktyabrın 2-də keçirilən seçkilərdə ölkənin ən yüksək orqanı olan Prezident Şurasına seçilən bosniyalı deputat Denis Becirovic, xorvatiyalı Zeljko Komsiç və serbiyalı üzv Zeljka Cvijanovic and içərək vəzifələrinə başlayıblar: “Şuraya sədrlik edən Z.Cvijanovic andiçmə mərasimində seçkilərdə onu dəstəkləyən vətəndaşlara təşəkkür edib. O, Bosniya və Herseqovina daxilində və Avropa İttifaqı ölkələri ilə “əməkdaşlıq körpüləri”nin qurulmasının vacibliyini vurğulayıb”.

Məlumata görə, çıxışında o, “Açıq Balkan” təşəbbüsü və dialoquna verdiyi önəmi qeyd edib.

Z.Komşiç isə çıxışında Bosniya və Herseqovinanın maraqları üçün çalışacağını, ölkəsinin NATO üzvü olması üçün lazım olan bütün səyləri həyata keçirəcəyini bildirib.

Şuranın bosniyalı üzvü D.Becirovic, isə “Bu, fövqəladə şərəfdir. Biz bütün vətəndaşların hüquqlarını qorumağa and içmişik. Biz bütün xalqımızın azadlığını və ləyaqətini müdafiə edəcəyik” deyib.

4 il müddətinə seçilən Şura üzvləri rotasiya qaydasında 8 ay müddətinə Şuraya sədrlik edir.

Xatırladaq ki, Bosniya və Herseqovinada oktyabrın 2-də keçirilən seçkilərdə Sosial Demokrat Partiyasının (SDP) namizədi Denis Beciroviç səslərin 57,37 faizini qazanaraq şuranın bosniyalı üzvü, Demokratik Cəbhənin (DF) namizədi Zeljko Komşiç isə 55,80 faiz səs toplayaraq xorvat üzvü seçilib. Şuranın Serb Respublikasında səsvermə ilə seçilən serb üzvü 51,65 səs toplayan Müstəqil Sosial Demokratlar İttifaqının (SNSD) namizədi Zeljka Cvijanovic olub.

Mission News Theme by Compete Themes.