BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, iclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) 2022-ci ilin aprelin 21-də elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Tural Cəfərli Bəhrəm oğlunun, Rəhman Qurbanov Habil oğlunun və Babək Cəfərov İlqar oğlunun apellyasiya şikayətlərinə baxılıb.
Qeyd edilib ki, iclas zamanı B.Cəfərovun müsahibə ilə bağlı fikirləri dinlənilib: “Dövlət İmtahan Mərkəzinin məktubları ilə təqdim edilib, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. T. Cəfərli və R. Qurbanov Şuranın iclasında iştirak etmədiyindən onunla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onun iştirakı olmadan müzakirə edilib. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilib. Hər üç şəxsin şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb”.