Son yeniləmə: 17 Noyabr 2022 18:22
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin yanvar-oktyabr aylarında 9 milyon 724 min 035 müraciət qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır: “Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir. “Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 253 min 702-ə çatıb”.