Son yeniləmə: 16 Noyabr 2022 09:39
Rus əsgərləri zooparkdan yenot oğurlayıb
BAYRAQDAR MEDİA – Ukrayna ordusunun Rusiya işğalından xilas etdiyi Xersondan Rusiya əsgərlərinin əməllərini gün üzünə çıxaran məlumatlar gəlməkdə davam edir.
Bu arada bəlli olub ki, rus əsgərləri işğal zamanı zooparkdan yenot oğurlayıb. Ukrayna Müdafiə Nazirliyinin sosial şəbəkədə paylaşdığı görüntülərdə də bundan bəhs edilib.
Kitabxanalardan tarixi əlyazmalar, muzeylərdən əntiq əşyalar, rəsm qalereyalarından qiymətli rəsmlər, mülki əhalinin evlərindən paltaryuyan maşınlar oğurlayan işğalçı rus əsgərlərinin son “qəhrəmanlığı” isə zooparkda oğurluq olub.
Ukrayna Müdafiə Nazirliyinin sosial media hesabında paylaşdığı videoda rus ordusunun qaçdığı ərazilərdəki qəfəslərdə oğurlanmış yenotlar nümayiş etdirilib. Ukrayna hakimiyyəti yenotları təhlükəsiz zonaya aparıb.
The occupiers stole everything from Kherson: paintings from art galleries, antiquities from museums, historic manuscripts from libraries. But their most prized loot was a raccoon they stole from a zoo. Steal a raccoon and Die. pic.twitter.com/1mqBrrKjHQ
— Defense of Ukraine (@DefenceU) November 13, 2022