Press "Enter" to skip to content

Filmlər nümayiş olunub

Son yeniləmə: 16 Noyabr 2022 20:21

BAYRAQDAR MEDİABakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Əməkdar artist Münəvvər Kələntərlinin anadan olmasının 110 illiyi münasibətilə “Arşın mal alan” və “Görüş” filmləri nümayiş olunub.

Baş İdarədən verilən məluamat görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Tədbirdə Suraxanı rayon 114, 232, 327 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak edib”. Tədbiri giriş sözü ilə Mərkəzin kiçik elmi işçisi Firəngiz Məlikbəyli açaraq, qonaqları salamlayıb və milli səhnəmizin xanım-xatın aktrisası Münəvvər Kələntərlinin həyatı və yaradıcılığı haqqında ətraflı danışıb: “Qeyd edib ki, aktrisa 10-dan çox bədii filmə, bəlkə də bir o qədər də qısametrajlı filmlərə, sənədli filmlərə çəkilib. “Arşın mal alan” filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq, “Görüş”dəki Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyətli, lazım gəldiyi zaman sərt, bir o qədər mülayimlik nümayiş etdirməsi və s. kimi məqamlar aktrisanın təbiətinə xas olan amillər idi”.

Sonra “Arşın mal alan” və “Görüş” filmləri nümayiş olunub.

Mission News Theme by Compete Themes.