Son yeniləmə: 16 Noyabr 2022 09:12
BAYRAQDAR MEDİA – Londonda yaşayan Çin əsilli bir musiqiçi tərəfindən Doğu Türküstanın milli marşı hazırlanıb.
Kırım Haber Ajansının məlumatına görə, hazırda İngiltərədə yaşayan Çin əsilli musiqiçi Lu Yinfi Doğu Türküstan cümhuriyyətlərinin ildönümündə bu milli marşı səsləndirərək, Doğu Türküstan xalqına mənəvi ruh verib.
1933 və 1944-cü illərdə qurulan Doğu Türküstan cümhuriyyətləri Çin rejimi və işğalçı SSRİ-nin əməkdaşlığı ilə məhv edilib. Hər il 12 noyabr tarixi Doğu Türküstan milli günü kimi qeyd olunur.
Məlumata əsasən, Çin əsilli musiqiçinin bu əsəri sosial mediada böyük rəğbət qazanıb.
Çin asıllı müzisyenden Doğu Türkistan Milli Marşı performansıhttps://t.co/4GcLVGYcvM pic.twitter.com/rTZDU7XLov
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) November 14, 2022