Press "Enter" to skip to content

Balkanlarda yeni əməkdaşlıq

İmzalanma mərasimi

Son yeniləmə: 16 Noyabr 2022 11:10

BAYRAQDAR MEDİA – Quzey Makedoniya və Albaniya arasında əməkdaşlıq sazişləri imzalanıb.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda deyilir ki, bir neçə gün öncə keçirilən hökumətlərarası sessiyası çərçivəsində iki ölkənin müvafiq nazirlikləri arasında müxtəlif sahələrə aid saziş və memorandumlar imzalanıb: “İmzalanma mərasimində Quzey Makedoniyanın baş naziri Dimitar Kovaçevski və Albaniyanın baş naziri Edi Rama iştirak ediblər. Baş nazirlər bu cür sazişlərin və memorandumların iki ölkə arasında əməkdaşlığı daha da gücləndirdiyini, yaxınlaşma və hər iki ölkənin vətəndaşları üçün təhlükəsiz gələcək imkanları yaratdığını vurğulayıblar”.

Bildirilib ki, bir çox sahələri əhatə edən sazişlər və memorandumlar hər iki tərəfdən 10-dan çox nazirlik tərəfindən imzalanıb.

Mission News Theme by Compete Themes.