Press "Enter" to skip to content

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir

ABŞ Dövlət Departamenti

BAYRAQDAR MEDİA – Amerika Birləşmiş Ştatları Azərbaycanla Ermənistan arasında davam edən birbaşa – ikitərəfli danışıq cəhdlərini alqışlayır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Dövlət katibi Entoni Blinkenə istinadla bəyan edib.

Sözçü noyabrın 16-da açıqlama yayaraq bildirib ki, E.Blinken noyabrın 15-də Ermənistan Baş naziri Nikol Paşinyanla danışıb. O, noyabrın 7-də keçirilmiş danışıqların ardınca ikitərəfli müzakirə cəhdlərini alqışladığını diqqətə çatdırıb.

Dövlət katibi hər iki tərəfin danışıq imkanlarından istifadə edib təxribatlardan çəkinməsinin vacibliyini qeyd edib. O, eyni zamanda sülh prosesini dəstəkləmək istiqamətində konkret nəticələrə yönəlik davamlı tərəqqiyə çağırış edib.

E.Blinken də öz sosial media hesabında N.Paşinyanı fürsətdən yararlanıb sülh danışıqlarını davam etdirməyə çağırdığını yazıb.

Mission News Theme by Compete Themes.