Son yeniləmə: 16 Noyabr 2022 12:05
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2022-ci il noyabrın 20-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən BAYRAQDAR MEDİA-ya noyabrın 16-da verilən məlumata görə, imtahan “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq keçiriləcək.
Qeyd edilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilirlər: “Namizədlər imtahan iştirakçısının “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.İmtahan Bakı şəhərində 10 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır”.
Namizədlər imtahana gәlәrkәn aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
– şәxsiyyәt vәsiqәsi;
– imtahana buraxılış vәrәqәsi.
Məlumata əsasən, tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır: “İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 225 nəzarətçi-müəllim və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq. İmtahanda iştirak etmək üçün 2 min 465 namizəd qeydiyyatdan keçib. İmtahan 3 saat davam edəcək. İmtahanda namizədin seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 (bir) balla qiymәtlәndirilir (cәmi 100 mümkün bal) vә nәticәlәr hesablandıqda sәhv cavablar düz cavabların nәticәsinә tәsir göstәrmir”.