Son yeniləmə: 15 Noyabr 2022 11:55
BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 15-də Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faizvəya 6,6 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faizvəya 1,6 milyard manat çoxdur.