Son yeniləmə: 15 Noyabr 2022 15:54
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxucuların fərdi rəsm sərgilərini mütəmadi olaraq təşkil edir.
Növbəti dəfə Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fatimə Şükürlünün rəsmləri 10 gün ərzində kitabxanada sərgilənib.
Bu barədə Baş idarədən məlumat verilib.
Bildirilib ki, “Uşaq hüquqları həftəsi” çərçivəsində təşkil olunan və maraqla qarşılanan sərgi uğurla başa çatıb.