Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi işinə başlayıb

Törənin ardından xatirə şəkli

Son yeniləmə: 15 Noyabr 2022 21:02

BAYRAQDAR MEDİA – Noyabrın 14-də Türk Dövlətləri Təşkilatının İstanbuldakı Katiblik Mərkəzində yeni Baş katibin vəzifəyə başlaması mərasimi keçirilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya TDT-dən veriblər.

Xəbərdə deyilir ki, bu il noyabrın 11-də Səmərqənddə keçirilmiş TDT Zirvəsində Baş katib vəzifəsinə təyinat alan Kubanıçbek Ömüralıyev sələfi Bağdad Amreyevdən vəzifəni təhvil alıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişir – VIDEO

B.Amreyev vəzifəni dövr edərkən xələfinə yeni işində uğurlar arzu edib. O, eyni zamanda katibliyin işçilərinə çalışmalarından dolayı təşəkkürünü də bildirib.

K.Ömüralıyev da öz növbəsində TDT qarşısındakı xidmətlərinə görə B.Amreyevə təşəkkür edib.

Təşkilatın türk dünyasının gələcəyi ilə bağlı görəcəyi işlər haqqında fikirlərini də paylaşan yeni Baş katib strateji hədəflər doğrultusunda işlərin sürətləndiriləcəyini deyib.

K.Ömüralıyev eyni zamanda vəzifə müddəti başa çatmış Baş katib yardımçısı Qismət Gözəlova da təşəkkür edib.

Türk Devletleri Teşkilatı Yeni Genel Sekreteri – TANITIM

Mission News Theme by Compete Themes.