Kubanıçbek Ömüralıyev: Kuzey Kıbrıs Türk Cümhuriyyətinə Cümhuriyyət Bayramı münasibəti ilə Türk Dövlətləri Təşkilatı və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaq istərdim
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi 15 Noyabr – Cümhuriyyət Bayramı münasibəti ilə Kuzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) təbrik edib.
Bu barədə BAYARQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Məlumata əsasən TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyevin imzaladığı təbrikdə deyilir: “Səmərqənddə ötən həftə keçirilən tarixi liderlər zirvəsində təşkilatımıza qatılan müşahidəçi üzvümüz Kuzey Kıbrıs Türk Cümhuriyyətinə 15 Noyabr – Cümhuriyyət Bayramı münasibəti ilə Türk Dövlətləri Təşkilatı və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaq istərdim. Yenə Səmərqənd Zirvə toplantımızda TDT-nin çərçivəsində 2023-cü il Türk Sivilizasiyasının Yüksəlişi İli elan edilmişdir. Təşkilat olaraq türk dünyası üçün xüsusi önəm kəsb edən 2023-cü ildə üzv və müşahidəçi dövlətlərimizlə birlikdə həm bölgəmizdə, həm də qlobal miqyasda sülh, sabitlik və inkişaf üçün işləməyə davam edəcəyimizi vurğulamaq istərdim. Bu münasibətlə KKTC hökumətini və onun qardaş xalqını ürəkdən təbrik edir, bütün türk dünyasına firavan gələcək arzulayıram.