Press "Enter" to skip to content

Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Son yeniləmə: 15 Noyabr 2022 12:27

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 15-də Fonddan məlumat verilib.

Məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Socieux+ proqramı çərçivəsində Fransanın və Finlandiyanın pensiya qurumlarının ekspertləri ilə görüşüb: “Görüş zamanı DSMF sədri ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, son illər görülən işlər və proaktiv pensiya təyinatı ilə bağlı məlumat verib”.

Görüşdə həmçinin sosial təminat sahəsində qarşılıqlı əməkdaşlıq, Azərbaycanda könüllü sosial sığorta haqlarının yığılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə strategiyanın formalaşdırılması və tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.