Son yeniləmə: 15 Noyabr 2022 18:36
BAYRAQAR MEDİA – Niderland Krallığında yaşayan Azərbaycan icması Fransa Senatının 6 üzvünün Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsini sərt şəkildə pisləyib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi və “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun adından Fransa senatorlarına ünvanlanan bəyanatlarda bildirilib ki, Niderland azərbaycanlıları bu qətnamə layihəsini qətiyyətlə rədd edirlər: “Soydaşlarımız layihəni Cənubi Qafqaz regionundakı vəziyyətə tamamilə qərəzli və birtərəfli baxış kimi qiymətləndirib, Niderland azərbaycanlılarının Vətənimizə qarşı yer alan əsassız ittihamları öz ünvanlarına söylənmiş ittihamlar kimi qəbul etdiklərini vurğulayıblar”.
Məlumata əsasən, Qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayərlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib: “Bu cür qərəzli münasibət, bir millətə üstünlük vermək, digərinə ayrı-seçkiliklə yanaşmaq və kor-koranə pisləmək – bu, milli dözümsüzlüyün, irqçiliyin ictimai təzahürüdür!”
“Qətnamə layihəsinin 20-ci bəndində Azərbaycana qarşı “köçkünlərin (ermənilərin) qayıtmaq hüququnu”, “erməni mədəni və dini irsinin qorunub saxlanmasını təmin etməlidir” tələblərinin və 21-ci bəndində “kütləvi cinayətlər” törətmə ittihamının, Beynəlxalq Cinayət Məhkəməsində bu ittihamın araşdırılmasına çağırışın yer almasının yolverilməz və qəbuledilməz olduğu xüsusilə vurğulanıb.
“İcmamız senatorları Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətləri barədə düşünməyə dəvət edib, məsum azərbaycanlı uşaqların öldürülməsinə Fransanın səssiz qalmasını hiddətlə pisləyib.
“Fransız senatorlarına “Gecələr beşiklərində parça-parça olan, şikəst edilən azərbaycanlı uşaqlar Senat üzvlərinin diqqətinə layiq deyilmi?”, “Siz Qarabağı tərk etmiş sayca qat-qat az olan ermənilərdən fərqli olaraq, azərbaycanlı qaçqınları bu hüquqdan məhrum edirsiniz?”, “Fransa Senatının üzvləri Azərbaycan tarixinin, mədəniyyətinin, dininin Qafqazın digər xalqlarınkından daha az dəyərli olduğunu düşünürlərmi?”,
“Bu cür açıq ayrı-seçkiliyin səbəbi nədir?” kimi ritorik və haqlı suallar ünvanlanıb.
“Niderland azərbaycanlıları qətnamə layihəsinin müəlliflərini bölgədə gərginliyi artırmaq cəhdlərində ittiham edib, həmin qüvvələrdən qərəzli ittihamlarla, sanksiyalarla danışıqlar prosesinə mane olmamağı tələb edib, Fransa Senatını regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən fəaliyyət göstərməyə çağırıblar, – deyə məlumatda qeyd olunub.