Son yeniləmə: 15 Noyabr 2022 16:53
BAYRAQDAR MEDİA – “Dövlət Məşğulluq Agentliyi olaraq funksional istiqamətlərimiz üzrə həm işsiz və işaxtaran şəxslərə, həm də işəgötürənlərə dəstək olmağa çalışır, aktiv məşğulluq tədbirlərinin icrasında özəl sektor ilə əməkdaşlığa üstünlük veririk”.
Bu fikirləri “Marsol” MMC-nin partnyor şirkətlərinin rəhbərləri ilə görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BAYRAQDAR MEDİA-ya noyabrın 15-də verilən məlumata görə, sədr qeyd edib ki, agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir: “Görüşdə, həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Sonda “Marsol” MMC-nin partnyor şirkətləri ilə Dövlət Məşğulluq Agentliyi arasında gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə layihələrin icrası ilə bağlı razılıq əldə edilib”.