Press "Enter" to skip to content

Dr. Fazil Küçükün və Rauf Raif Denktaşın məzarları ziyarət olunub

Dr. Fazil Küçükün məzarı önünüdə

Son yeniləmə: 15 Noyabr 2022 14:35

BAYRAQDAR MEDİA – Noyabrın 15-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elan olunmasının 39-cu ildönümü tamam olur. Bu münasibətlə bır sıra mərasimlərin keçirilməsi planlaşdırılır.

Noybarən 14-də isə Cümhurbaşqanı Ersin Tatar və dövlət rəsmiləri KKTC-nin varlığı uğrunda mübarizə aparmış Dr. Fazil Küçükün və Rauf Raif Denktaşın məzarlarını ziyarət edib.

Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın məzarı önündə
Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın məzarı önündə

KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, öncə Dr. Fazıl Küçükün məzarı ziyarət olunub. Ziyarət mərasimində əvvəlcə qəbirüstü abidənin önünə əklil qoyulub. Bir dəqiqəlik sükut və İstiqlal Marşının oxunması ilə bayraqlar qaldırıldıqdan sonra E.Tatar xatirə kitabını imzalayıb. Cümhurbaşqanı “Vətən bildiyimiz bu torpaqda azad, müstəqil və suveren yaşamağa davam edəcəyik”, deyə qeyd edib.

Daha sonra KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın məzarı ziyarət olunub. Buradakı mərasim də xatirə kitabının imzalanması ilə sona çatıb.

Mission News Theme by Compete Themes.