BAYRAQDAR MEDİA – Noyabrın 15-də Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri başlayıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Paytaxt Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub. Albaniya Prezidenti Bayram Beqay İ.Əliyevi törənlə qarşılayıb.
Daha sonra iki prezidentin təkbətək görüşü olub.
Ardından da prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Sonra iki ölkə başçısı geniş tərkibli heyətlərlə birgə naharda görüşüb.
Səfər çərçivəsində Prezident İ.Əliyev “Ana Albaniya” abidəsini ziyarət edib.
Günün digər xəbərinə görə, Azərbaycan Prezidenti Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşüb.
Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Albaniyaya ilk dövlət səfəridir.