Press "Enter" to skip to content

Azərbaycan Prezidentinin Albaniyaya ilk dövlət səfəri

Rəsmi qarşılanma törəni

BAYRAQDAR MEDİA – Noyabrın 15-də Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri başlayıb.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Paytaxt Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub. Albaniya Prezidenti Bayram Beqay İ.Əliyevi törənlə qarşılayıb.

Daha sonra iki prezidentin təkbətək görüşü olub.

Prezidentlərin təkbətək görüşü
Prezidentlərin təkbətək görüşü

Ardından da prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezidentlər mətbuat qarşısında
Prezidentlər mətbuat qarşısında

Sonra iki ölkə başçısı geniş tərkibli heyətlərlə birgə naharda görüşüb.

Heyətlərlə birgə nahar
Heyətlərlə birgə nahar

Səfər çərçivəsində Prezident İ.Əliyev “Ana Albaniya” abidəsini ziyarət edib.

"Ana Albaniya" abidəsi önündə
“Ana Albaniya” abidəsi önündə

Günün digər xəbərinə görə, Azərbaycan Prezidenti Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşüb.

İlham Əliyev və Edi Rama
İlham Əliyev və Edi Rama

Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Albaniyaya ilk dövlət səfəridir.

Mission News Theme by Compete Themes.