Press "Enter" to skip to content

AYİB nümayəndə heyəti ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Energetika nazirinin müavini Samir VəliyevAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 15-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və AYİB arasında elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib: “Bankla birgə həyata keçirilən layihələrin icra vəziyyəti, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, kiçik miqyaslı bərpa olunan enerji layihələri üzrə görülən işlər nəzərdən keçirilib,“Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dəstək layihəsi” çərçivəsində hazırlanan sənəd layihələribarədə məlumat mübadiləsi aparılıb”.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, bu ərazilərdə 2050-ci ilədək “sıfır emissiya” zonasının yaradılması, eləcə də dənizdə külək enerjisi layihələrinin reallaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib.Bərpa olunan enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan potensial enerji layihələri barədə müzakirələr aparılıb: “Energetika Nazirliyi və AYİB arasında imzalanması nəzərdə tutulan Azərbaycanın elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu ətrafında fikir mübadiləsi də aparılıb və sənədin yaxın gələcəkdə imzalanmasına dair razılıq əldə olunub”.

Mission News Theme by Compete Themes.