Press "Enter" to skip to content

Əməkdaşlığa dair Çərçivə sənədi

BAYRAQDAR MEDİA – BMT-nin Sənaye İnkişafıTəşkilatı (UNİDO) ilə Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, BMT tərəfdən isə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) Baş direktoru Gerd Müller imzalayıblar.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 15-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri M.Cabbarov UNIDO-nun sənayenin davamlı inkişafının təşviqi isiqamətində tədbirlərinin əhəmiyyətini vurğulayıb: “Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, ötən ilin martında imzalanmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi xüsusi əhəmiyyət kəsb edir”.

Nazir vurğulayıb ki, Azərbaycanda hazırda həyata keçirilən 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası da BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşır “Nazir diqqətə çatdırıb ki, bu gün imzalanan sənəddə ətraf mühit və enerji səmərəliliyi, təmiz istehsal kimi vacib sahələrə üstünlük verilir və bu, ölkəmizin “yaşıl” artım məkanına çevrilməsi prioritetinə uyğundur”.

UNİDO-nun Baş direktoru Gerd Müller Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edib, Çərçivə sənədinin ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsinə,Azərbaycanın sənaye potensialının daha geniş reallaşmasına töhfə verəcəyini vurğulayıb.

Mission News Theme by Compete Themes.