Press "Enter" to skip to content

Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib

Zakir Həsənov Tbilisidəki Heydər Əliyev parkına Ulu Öndərin abidəsini ziyarət edib

BAYRAQDAR MEDİA – Noyabrın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.

Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.