Son yeniləmə: 14 Noyabr 2022 13:59
BAYRAQDAR MEDİA – Noyabrın 13-də qardaş Türkiyənin İstanbul şəhərində törədilən terror aktının sifarişi Kobanidən verilib.
Bununla bağlı məlumatda deyilir ki, terror aktı zamanı bombanı hadisə yerində qoyduğu təsbit edilən suriyalı Ahlam Albashırın hücum üçün təlimatı PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobanidəki qərargahından aldığı müəyyən edilib.
O, sorğusunda PKK/PYD/YPG terror təşkilatı tərəfindən kəşfiyyatçı kimi yetişdirildiyini və Afrindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu bildirib.
Bildirilib ki, Beyoğluda törədilən terror aktından sonra təhlükəsizlik qüvvələri 1200 kamera görüntüsünü araşdırıb və 21 ünvanda əməliyyat keçirərək 46 şübhəlini saxlayıb.
Beyoğlu patlamasında bombayı bırakan kişi İstanbul Emniyet Müdürlüğü ekiplerince gözaltına alındı https://t.co/Wne5e8HxPQ
— Anadolu Ajansı (@anadoluajansi) November 14, 2022