Press "Enter" to skip to content

Təlimat Kobanidən, PKK/PYD-dən verilib

Terrorçu Ahlam Albashır

Son yeniləmə: 14 Noyabr 2022 13:59

BAYRAQDAR MEDİA – Noyabrın 13-də qardaş Türkiyənin İstanbul şəhərində törədilən terror aktının sifarişi Kobanidən verilib.

Bununla bağlı məlumatda deyilir ki, terror aktı zamanı bombanı hadisə yerində qoyduğu təsbit edilən suriyalı Ahlam Albashırın hücum üçün təlimatı PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobanidəki qərargahından aldığı müəyyən edilib.

Terrorçunun yaxalanması zamanı
Terrorçunun yaxalanması zamanı

O, sorğusunda PKK/PYD/YPG terror təşkilatı tərəfindən kəşfiyyatçı kimi yetişdirildiyini və Afrindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu bildirib.

Bildirilib ki, Beyoğluda törədilən terror aktından sonra təhlükəsizlik qüvvələri 1200 kamera görüntüsünü araşdırıb və 21 ünvanda əməliyyat keçirərək 46 şübhəlini saxlayıb.

Mission News Theme by Compete Themes.