Son yeniləmə: 14 Noyabr 2022 09:55
BAYRAQDAR MEİDA – Noyabrın 13-də baş verən partlayışdan sonra bağlanan İstanbulun Beyoğlu İstiqlal Prospekti yenidən piyadaların hərəkəti üçün açılıb.
Bununla bağlı məlumatda deyilir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi və Beyoğlu Bələdiyyəsi qruplarının təmizlik işlərindən sonra İstiqlal Prospekti yenidən piyadaların istifadəsi üçün açılıb.
Qeyd edilib ki, partlayışdan dərhal sonra təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində ərazidə gediş-gəliş müvəqqəti olaraq dayandırılmışdı.