Press "Enter" to skip to content

İstanbul terrorunun izi… – YENİLƏNİB

Süleyman Soylu jurnalistlərə açıqlama verərkən

Son yeniləmə: 14 Noyabr 2022 12:42

BAYRAQDAR MEDİA – Noyabrın 13-də İstanbulun İstiqlal prospektində partlayış törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Bu barədə qardaş Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Qeyd edək ki, həmin partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Anadolu Ajansının məlumatına görə, qanlı terroroun baş verdiyi ərazidə mətbuat konfransı keçirən nazir saxlanılan şəxsin kimliyini hələlik açıqlamayıb. Soylunun sözlərinə görə, terror aktının Suriyadakı kürd qruplaşmaları tərəfindən törədilməsi ehtimal olunur: “Yenə deyirəm. Bu ağrını biz yaşadanlara bunun daha betərini yaxın gələcəkdə yaşadacağıq Şəhidlərimizin ruhu şad olsun. Məkanları cənnət olsun. Ailələrinə, yaxınlarına, dostlarına və millətimizə başsağlığı veririk”.

Qeyd edək ki, artıq terrorçunun ələ keçirilməsinə dair videogörüntülər də yayımlanıb.

Mission News Theme by Compete Themes.