Son yeniləmə: 14 Noyabr 2022 16:12
BAYRAQDAR MEDİA – “KKTC türk dünyasının ayrılmaz bir parçasıdır, dost və qardaş türk dövlətləri ilə hər sahədə əlaqələr qurmaq, qaynayıb-qarışmaq ən təbii haqqdır”.
Bunu qardaş Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
F.Oktay bu fikirləri öz Twitter hesabındakı paylaşımında qeyd edib.
KKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olması ilə bağlı Avropa Birliyindən gələn tənqidlərlə bağlı etdiyi paylaşımda daha sonra deyilir: “AB-nin KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi ilə bağlı bəyanatlarının bizim üçün heç bir təsiri yoxdur. KKTC türk dünyasının ayrılmaz bir parçasıdır, dost və qardaş türk dövlətləri ilə münasibətlər qurmaq ən təbii haqqıdır. Türkiyə, Kıbrıs türkünün və onun gerçək təmsilçisi olan KKTC-nin yanında olmağa davam edəcək”.
AB’nin, KKTC’nin Türk Devletleri Teşkilatı’na gözlemci üye olarak kabul edilmesine yönelik açıklamaları bizler için yok hükmündedir.
— Fuat Oktay (@fuatoktay) November 13, 2022