Son yeniləmə: 14 Noyabr 2022 15:36
BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkə Özbəkistanda səfərdədir. Səfərdə məqsəd UNESCO-nun təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Erkən uşaqlıq dövründə qayğı və təhsil” beynəlxalq konfransında iştirak etməkdir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif ölkələrdən min beş yüzdən çox iştirakçının cəlb olunduğu tədbirin məqsədi məktəbəqədər təhsilin əhatəliliyinin təmin edilməsi və erkən uşaqlıq təhsilinin inkişafı istiqamətində təşkilata üzv dövlətlərin təcrübə mübadiləsinin aparılmasıdır.
Konfrans çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin yüksək səviyyəli sessiyada iştirakı, UNESCO rəhbərliyi, eləcə də Özbəkistanın təhsil siyasətini həyata keçirən müvafiq dövlət qurumları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.