BAYRAQDAR MEDİA
Övladların nə vaxtadək tərki-vətən olacaqlar?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Məhəmməd Hüseyn ŞƏHRİYAR
Gəlib çatdı vədə, vaxtı, zamanı
Buraxmaq yox bu fürsəti, imkanı
Böləcəyik bu dəfə biz İranı
Yetər, bitsin zülüm, zillət, bu hicran
Bütöv olsun yenə qoy Azərbaycan!
Uzun çəkdi, bu ayrılıq, intizar
Yada döndü, illər keçdi, doğmalar
Sinəmizə dağ çəkibdi yağılar
Qisas günü yetişibdi, dur, oyan
Bütöv olsun yenə qoy Azərbaycan!
Təbrizədi bu dəfəki yönümüz
Dönmək yoxdu ölüm olsa sonumuz
Haqq yoludu niyyətimiz, yolumuz
Millətimin harayı var o taydan
Bütov olsun yenə qoy Azərbaycan!
Qarabağı yağılardan almışıq
Qələbənin ləzzətini dadmışıq
Meylimizi mollalara salmışıq
Keçəcəyik ayaq yalın Arazdan
Bütöv olsun yenə qoy Azərbaycan!
Var olsunlar yaradanlar TURANı
Öndə duran İlhamı, Ərdoğanı
Birliyimiz heyran qoydu dünyanı
Əl uzadıb istəyirəm Tanrıdan
Bütöv olsun yenə qoy Azərbaycan
Müəllif: Hökmalı. 13 noyabr 2022.