Press "Enter" to skip to content

95-ci mövsümdə ərsəyə gələn növbəti səhnə əsəri

Tamaşadan səhnə

Son yeniləmə: 14 Noyabr 2022 16:06

BAYRAQDAR MEDIA – “Gənc Tamaşaçılar Teatrının 95-ci mövsümündə ərsəyə gələn növbəti səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır”.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 14-də Teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tamaşa Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərə və şəhid analarına həsr edilib: “Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Ilk tamaşa 16 dekabr tarixində nümayiş olunacaq”.

Məlumat üçün bildirək ki, yeni tamaşa Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının təşkil etdiyi II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdiriləcək. “Şuşa ili”nə ithaf olunmuş festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.

Mission News Theme by Compete Themes.