Son yeniləmə: 14 Noyabr 2022 17:59
BAYRAQDAR MEDİA – İmişlidə yeni beton kanal çəkilir. Kanal 500 hektara yaxın əkin sahəsinə xidmət edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 14-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, ASC-nin tabeliyində yaradılan Bəhrəmtəpə Melioservis İdarəsi Meliorasiya və Su Təsərrüfatı obyektlərində təmir-bərpa işlərinin aparılması, magistral, təsərrüfatlararası və təsərrüfatlardaxili suvarma kanallarının, kollektor və drenajların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işləri ilə məşğul olur.
Bildirilib ki, bundan əlavə, idarə müxtəlif ölçüdə dəmir-beton, əmtəə betonlarının, suvarma kanallarında istifadə etmək üçün müxtəlif ölçülü dəmir-beton su novlarının, boruların və kanal piltələrinin istehsalını da həyata keçirir: “Hazırda idarə suvarma kanallarının və kollektorların lildən təmizlənməsi və kanalların beton üzlüklə üzlənməsi işlərini həyata keçirir. Eyni zamanda, İmişli rayonunun Qaralar kəndində torpaq məcralı kanal beton üzlüyə alınır ki, bununla da əkin sahələrinin itkisiz olaraq suvarılması təmin olunur. Artıq kanalda işlərin böyük bir hissəsi yekunlaşıb. Qeyd edək ki, Bəhrəmtəpə Melioservis İdarəsi Ağaməmmədli kəndindən 500 metr uzunluqda olan nov kanalda üzərindəki qurğularla birlikdə əsaslı təmir işləri aparır. Bundan başqa, Muradallı kəndində olan nov kanalı da üzərindəki qurğularla birlikdə 1000 metr məsafədə beton üzlüyə alınır”.