Son yeniləmə: 12 Noyabr 2022 12:43
BAYRAQDAR MEDİA – Albaniyanın baş naziri Edi Rama ölkədə müxalifətin Rusiya tərəfindən maliyyələşdirildiyini iddia edib.
Məlumata görə, Baş nazir bildirib ki, ana müxalifət partiyası olan Demokrat Partiyası, eləcə də keçmiş prezident İlir Metanın rəhbərlik etdiyi Azadlıq Partiyası “çirkli rubllarla dolu çantadadır”.
Demokrat Partiyasının lideri Sali Berişanın Rusiyanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdırmaq istədiyini iddia edən E.Rama, “Rusiya kimi böyük bir güc niyə Albaniyada partiyaları dəstəkləyir?” deyə sual edib.
E.Rama bildirib ki, məqsəd Albaniyanı müttəfiqləri ilə qarşı-qarşıya gətirməkdir.