Press "Enter" to skip to content

Doğu Türküstanda Çin zülmü davam edir

Son yeniləmə: 12 Noyabr 2022 12:43

BAYRAQDAR MEDİA – Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına görə, Doğu Türküstanda son iki ildə uşaq toplama düşərgələrinin sayı günü-gündən artmaqdadır.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir: “Çin rejiminin uyğur türk uşaqlarını assimilyasiya etmək üçün qurduğu uşaq həbs düşərgələrində 900 min uşağın olduğu bildirilir. Çin mənşəli sosial mediada paylaşılan videoda uyğur türk uşaqları “evə nə vaxt gedəcəyik?” deyə üsyan etdiyi əks olunub”.

Qeyd edilir ki, əvvəllər 500 min olan şəhər xaricinə gedən tələbələrin sayı 2017-2019-cu illər arasında təxminən 380 min artıb və bu rəqəmin 900 minə yaxın olduğu məlumdur. Bu böyük artımda valideynlərindən biri və ya hər ikisi həbs düşərgələrində saxlanılan uşaqların satın alınaraq aparılmasının təsirli olduğu bildirilir.

Ümumilikdə Doğu Türküstana nəzər salsaq, 2017-ci ildən bəri internat məktəblərində təhsil alan uşaqların sayı 76,9 faiz artıb: “Hökumətin “uşaqlara daha yaxşı təhsil vermək” bəhanəsi ilə başladığı internat məktəblərinin genişləndirilməsi layihəsi ilə uyğur şagirdlərin assimilyasiyasına qapı açılır. Çin rejiminin Şərqi Türküstanda məktəblərdə uşaqlara öz dillərində danışmaq, öz mədəniyyətlərini və dinlərini yaşatmaq hüququ vermədiyi bildirilir”.

Mission News Theme by Compete Themes.